İtkin düşən şəxsin meyti Samur-Abşeron su kanalından tapılıb

İtkin düşən şəxsin meyti Samur-Abşeron su kanalından tapılıb Araşdırma aparılır
Hadisə
27 Avqust , 2016 12:09
İtkin düşən şəxsin meyti Samur-Abşeron su kanalından tapılıb

Bakı. 27 avqust. REPORT.AZ/ Samur-Abşeron su kanalından meyit tapılıb.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 26-da Samur-Abşeron su kanalının Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində Şabran şəhər sakini Fərhad Orucovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. 

Onun iyunun 6-da Şabran Rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş kimi axtarışda olması müəyyən edilib. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi