İstanbulda yeddi maşın yandırılıb - FOTO

İstanbulda yeddi maşın yandırılıb - FOTO Polis yanğını törədənlərin kimliyini və hadisənin motivlərini araşdırır
Hadisə
24 Yanvar , 2016 10:47
İstanbulda yeddi maşın yandırılıb - FOTO

Bakı. 24 yanvar. REPORT.AZ/ Ötən gecə İstanbulun Fatih rayonunun Şeysuvarbey məhəlləsində naməlum şəxslər yeddi minik avtomobilini yandırıblar.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıq havada park edilmiş nəqliyyat vasitələrinin üzərinə benzin tökən cinayətkarlar daha sonra hadisə yerindən qaçıblar. Yanğının qarşısı qısa müddət ərzində alınıb. 

İnsident nəticəsində heç kim xəsarət almayıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis yanğını törədənlərin kimliyini və hadisənin motivlərini araşdırır.

Son xəbərlər

Orphus sistemi