Bakı. 18 iyun. REPORT.AZ/ İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib, monitorda metal dəyənəyin təsvirləri əks olunub. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi yoxlama zamanı sərnişinə məxsus çamadanda olan şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, gümüşü rəngli metaldan hazırlanmış 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.