İstanbul-Tokio aviareysi bomba ehtimalı səbəbindən təxirə salınıb

İstanbul-Tokio aviareysi bomba ehtimalı səbəbindən təxirə salınıb Aparılan yoxlama nəticəsində heç bir partlayıcı aşkarlanmayıb
Hadisə
30 Mart , 2015 07:19
İstanbul-Tokio aviareysi bomba ehtimalı səbəbindən təxirə salınıb

Bakı. 30 mart. REPORT.AZ/ İstanbuldan Tokioya bu gücə səfər edən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarədə partlayıcı qurğunun yerləşdirildiyinə dair ehtimal sərnişinlər arasında panikaya səbəb olub.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, təyyarənin tualet bölməsində "C-4 kargo" yazısını oxuyan sərnişinlər eyni adlı partlayıcı maddənin təyyarədə ola biləciyindən qorxublar.

Nəticədə təyyarə İstanbulun Atatürk Havaalanına qayıdmalı olub. Aparılan yoxlama nəticəsində heç bir partlayıcı aşkarlanmayıb.

Sərnişinlər isə bir gün sonra baş tutacaq növbəti İstanbul-Tokio aviareysini gözləməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi