İspaniyada tələbələri daşıyan avtobus qəzaya düşüb: 14 ölü

İspaniyada tələbələri daşıyan avtobus qəzaya düşüb: 14 ölü Tələbələrin əksəriyyətinin "Erasmus" proqramı üzrə təhsilə gələn əcnəbilər olduğu bildirilir
Hadisə
20 Mart , 2016 14:00
İspaniyada tələbələri daşıyan avtobus qəzaya düşüb: 14 ölü

Bakı. 20 mart. REPORT.AZ/ İspaniyanın Kataloniya vilayətinin Taraqqona rayonunda ağır yol nəqliyyat qəzası baş verib. 

"Report"-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, universitet tələbələrini daşıyan avtobus Barselona şəhəri istiqamətində hərəkət edərkən yolun qarşı hərəkət zolağına çıxıb və minik maşını ilə toqquşub.

Qəza zamanı avtobusda olan 56 gəncdən azı 14-ü ölüb. Tələbələrin əksəriyyətinin İspaniyaya "Erasmus" proqramı üzrə təhsilə gələn əcnəbilər olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi