İsmayıllıdakı meşə yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub

İsmayıllıdakı meşə yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub İsmayıllı rayonu, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır
Hadisə
27 Avqust , 2014 14:06
İsmayıllıdakı meşə yanğının söndürülməsinə təyyarə və helikopterlər cəlb olunub

Bakı. 27 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda meşə yanğını ilə bağlı məlumat yayıb. Nazirlikdən Report-a verilən məlumata görə, İsmayıllı rayonu, Qaraqaya kəndində dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Yanğının söndürülməsinə nazirliyin Aviasiya Dəstəsindən 1 ədəd təyyarə, 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi