Bakı. 30 May. REPORT.AZ/ İsmayıllı şəhərində bu gecə yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, vətandaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının tavanı və dam örtüyü 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.