​İsmayıllı sakini göldə boğulub

​İsmayıllı sakini göldə boğulub Muradov Ramin Mehman oğlu suda batıb
Hadisə
10 İyun , 2016 21:46
​İsmayıllı sakini göldə boğulub

İsmayıllı. 10 iyun. REPORT.AZ/ İsmayıllı rayonunda süni göldə boğulma hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, rayonda istirahət mərkəzinin ərazisidə yerləşən süni göldə çimərkən 24 yaşlı Ramin Mehman oğlu Muradov boğulub.

Hadisə yerinə Föqəladə Hallar Nazirliyin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri  cəlb olunub. R.Muradovun cəsədibatdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi