İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb

İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb Hadisə Gəraybəyli kəndinin ərazisində baş verib
Hadisə
25 Oktyabr , 2015 20:36
İsmayıllıda qəza baş verib, 2 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakı-Şamaxı-Yevlax magistral yolunda avtomobil qəzası baş verib. "Report" xəbər verir ki, saat 19:30 radələrində magistral yolunun  keçən hissəsində baş verən hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Bakıdan Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik maşının sürücüsü idarə etməni itirib və yoldan çıxaraq aşıb. Qəzadan sonra avtomobildə yanğın baş verib. 

Avtomobilin sürücüsü 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər. Digər sərnişin isə ərtafdakıların koməyi ilə yanğından xilas olunub. 

Dərhal hadisə yerindən Ağsu və Göyçaydan yanğınsöndürənlər cəlb olunub. 

Faktla bağlı, BDYP-nin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi