​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi təxirə salınıb

​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi təxirə salınıb Məhkəmənin növbəti iclası iyulun 12-də davam etdiriləcək
Hadisə
30 İyun , 2016 14:44
​İŞİD-ın tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlıların məhkəməsi təxirə salınıb

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, məhkəmənin növbəti iclası iyulun 12-də davam etdiriləcək.

Qeyd edək ki, R.Ağcabəyov və M.Vladimir keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. İttiham aktına əsasən, hər iki şəxs 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Faktlarla bağlı sabiq MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.

Xatırladaq ki, Xaçmaz rayonunda anadan olan R.Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada gedən döyüşlər zamanı öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. 

Son xəbərlər

Orphus sistemi