İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən Rusiya vətəndaşı Bakıda saxlanılıb

İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən Rusiya vətəndaşı Bakıda saxlanılıb Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
7 Noyabr , 2015 16:01
İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən Rusiya vətəndaşı Bakıda saxlanılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oktyabrın 26-da Baki-İstanbul aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədilə Suriyaya getmək istəyən Rusiya Federasiyasının (RF) vətəndaşı, Sankt-Peterburq şəhərinin sakini, 30.06.1989-cu il təvəllüdlü Əhmədxan İdrisoviç Ziyadxanov saxlanılıb. Bu barədə “Report”a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-da həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi