İrandan gələn iki azərbaycanlının çantasında narkotik tapılıb

İrandan gələn iki azərbaycanlının çantasında narkotik tapılıb Onlardan birində marixuana, digərində metadon aşkar edilib
Hadisə
28 İyul , 2015 17:33
İrandan gələn iki azərbaycanlının çantasında narkotik tapılıb

Bakı. 28 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Etiram Əliyevin çantasına baxış zamanı çantadan 1 ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib. 

Son xəbərlər

Orphus sistemi