​İrandan gələn Azərbaycan vətəndaşının üzərindən metadon dərmanı aşkar edilib

​İrandan gələn Azərbaycan vətəndaşının üzərindən metadon dərmanı aşkar edilib Məlumata görə, 5 ədəd həbdən ibarət metadon onun gödəkçəsinin cibindəki siqaret qutusunda aşkar edilib
Hadisə
24 Noyabr , 2015 12:49
​İrandan gələn Azərbaycan vətəndaşının üzərindən metadon dərmanı aşkar edilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama zamanı metadon adlı dərman preparatı aşkar edilib. Bu barədə "Report"a Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 5 ədəd həbdən ibarət metadon onun gödəkçəsinin cibindəki siqaret qutusunda aşkar edilib.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in ikinci siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

Faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi