İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb Faktla bağlı təhqiqat aparılır
Hadisə
13 Oktyabr , 2015 11:03
İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı. 13 oktybar. REPORT.AZ/ Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.

"Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İrandan Azərbaycana piyada gələn digər Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi