İrandan Azərbaycana gizli gətirilən siqaret partiyası aşkarlanıb

İrandan Azərbaycana gizli gətirilən siqaret partiyası aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Avqust , 2016 14:03
İrandan Azərbaycana gizli gətirilən siqaret partiyası aşkarlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana gələn və İran vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stasionar rentgen avadanlığı ilə aparılan baxış zamanı, həmin nəqliyyat vasitəsinin dartıcı hissəsində - kabinədə 9 200 ədəd “Kent” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi