İran vətəndaşı Lənkəranda qəza törədib, üç nəfər yaralanıb

İran vətəndaşı Lənkəranda qəza törədib, üç nəfər yaralanıb Avtomobilin qarşısına heyvan çıxıb
Hadisə
3 Aprel , 2016 21:28
İran vətəndaşı Lənkəranda qəza törədib, üç nəfər yaralanıb

Lənkəran. 3 aprel. REPORT.AZ/ iran vətəndaşının idarə etdiyi avtomobil Lənkəranda qəzaya uğrayıb. "Report"un xəbərinə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Səpnəkəran kəndindən keçən hissəsində qeydə alınıb.

İran vətəndaşı olan Bakı şəhər sakini 46 yaşlı Məzinami Həmid Əliəsgər oğlunun idarə etdiyi "Mercedes" markalı 90 OM 351 nömrə nişanlı avtomaşın "VAZ 2107" markalı 10 SU 122 nömrə nişanlı avtomaşınla toqquşub.

Hadisədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İran İslam Respublikası vətəndaşı olan Həmid Məzinami kəllə-beyin travması alıb.

Digər iki yaralı - Lənkəran rayonu Sütəmurdov kənd sakini Bəhruz Qasımov və Bürcəli kənd sakini Möhübbət İbrahimov da baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alaraq travmatologiya şöbəsinə yerləşdirilblər. "Mercedes"in qarşısına heyvan çıxdığı və onun qəzadan qaçmaq istəyərkən qarşıdan gələn "VAZ 2107" ilə toqquşduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi