İntiqam Əliyev: "Azadlığa çıxdığım üçün sevinirəm"

İntiqam Əliyev: "Azadlığa çıxdığım üçün sevinirəm" "Bundan sonra da fəaliyyətimi davam etdirəcəm"
Hadisə
28 Mart , 2016 19:25
İntiqam Əliyev: Azadlığa çıxdığım üçün sevinirəm

Bakı. 28 mart. REPORT.AZ/ "Azadlığa çıxdığım üçün sevinirəm. Azadlığa çıxmağı düşünmürdüm. Çünki özümü 7 il yarım həbs müddətinə kökləmişdim". 

"Report"un məlumatına görə, bu fikirləri martın 28-də Ali Məhkəmənin qərarıyla 6 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılmış "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyev bildirib. 

O deyib ki, görüləcək işlər çoxdur: "Mən həbsdə olan işləri icra edənlərə təşəkkürümü bildirirəm. Bundan sonra da fəaliyyətimi davam etdirəcəm. Həbsdən azad olunmağımla bağlı iş aparan hüquq müdafiəçilərinə, jurnalistlərə, vətəndaş cəmiyyətinə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi