​“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub

​“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub Onun Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır
Hadisə
8 Oktyabr , 2015 16:12
​“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub

Bakı. 8 oktyabr. REPORT.AZ/ “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub. “Report” xəbər verir ki, Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Məhəmməd oğlu Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, “İnterpol”un “qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi