İnsan alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

İnsan alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Sentyabr , 2016 16:39
İnsan alverində təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, N.İbrahimli Azərbaycandan Birləşmiş Ərəb Əmirliyinə qadın aparıb, insan alveri etməkdə təqsirli bilinib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.İbrahimli barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Son xəbərlər

Orphus sistemi