​İnsan alverində təqsirləndirilən qadının məhkəməsi keçirilib

​İnsan alverində təqsirləndirilən qadının məhkəməsi keçirilib Zərərçəkən Fərqiyə Bağırova ifadə verib
Hadisə
14 Sentyabr , 2015 13:53
​İnsan alverində təqsirləndirilən qadının məhkəməsi keçirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1961-ci il təvəllüdlü Gülnarə Musa qızı Əkbərzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən Fərqiyə Bağırova ifadə verib.

Məhkəmə qapalı şəraitdə keçirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, G.Əkbərzadə Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi) maddəsi ilə ittiham olunur. O, 2006-cı ildə Fərqiyə Bağırovanı Dubaya aparmaqda təqsirləndirilir.

Son xəbərlər

Orphus sistemi