İmişlidə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

İmişlidə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib
Hadisə
19 İyul , 2016 22:06
İmişlidə yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Bakı. 19 iyul. REPORT. AZ/ İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış rayon sakinləri - 46 yaşlı Yeganə Bəhrəm qızı Behbudova və onun bacısı - 36 yaşlı Əzizbəyim Bəhrəm qızı Quliyeva Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs xəstəxanada ilk tibbi yardım aldıqdan sonra travmotologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi