İmişlidə yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

İmişlidə yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb "Jiquli" "Mercedes" markalı maşınla toqquşub
Hadisə
10 Sentyabr , 2015 23:50
İmişlidə yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ İmişli rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Məmmədli kənd sakini, 1970-ci il təvəllüdlü Rövşən İnqilab oğlu Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən "Mercedes" markalı maşınla toqquşub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan "VAZ-2106"nın sürücüsü dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi