İmişlidə “Prado” motosikletə çırpılıb: 1 ölü, 1 yaralı

İmişlidə “Prado” motosikletə çırpılıb: 1 ölü, 1 yaralı Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
29 Oktyabr , 2015 13:04
İmişlidə “Prado” motosikletə çırpılıb: 1 ölü, 1 yaralı

Bakı. 29 oktyabr. REPORT.AZ/ İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Məzrəli kəndində Füzuli rayon sakini Fəlakət İmanov “Prado” markalı avtomobili idarə edərkən onu qarşıda gedən kənd sakini Vasif Qasımovun idarə etdiyi “İJ” markalı motosikletə vurub. Nəticədə V.Qasımovun sərnişini Fəxrəddin Quliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi