İmişlidə “Mercedes” su kanalına düşüb - FOTO

İmişlidə “Mercedes” su kanalına düşüb - FOTO Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib
Hadisə
27 Sentyabr , 2016 05:05
İmişlidə “Mercedes” su kanalına düşüb - FOTO

İmişli. 27 sentyabr. REPORT.AZ/ İmişlidə minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qaralar kənd sakini Rəcəb Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi