Bakı. 27 mart. REPORT.AZ/ İmişlidə 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonununun ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı rayon sakini, 55 yaşlı Şakir Rəhimov “VAZ-21011” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı "təcili yardım" maşını ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.