Bakı. 10 may. REPORT.AZ/ İmişli royanunda yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə gecə saatlarında Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun İmişli rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi sakini, 54 yaşlı Çingiz Qaraş oğlu Cəfərov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Nəticədə, müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.