İmişlidə düşən dolu taxıl sahələrinə ciddi ziyan vurub

İmişlidə düşən dolu taxıl sahələrinə ciddi ziyan vurub Təbii fəlakət nəticəsində təsərrüfatlara dəymiş ziyan hesablanır
Hadisə
8 İyun , 2016 10:30
İmişlidə düşən dolu taxıl sahələrinə ciddi ziyan vurub

İmişli. 8 iyun. REPORT. AZ/ İmişli rayonuna dolu düşüb.

“Report”un Aran bürosunun verdiyi məlumata görə, gecə saat 02:00 radələrindən başlayan dolu 30 dəqiqəyə qədər davam edib.

Rayon fövqəladə hallar komissiyasından “Report”a verilən məlumata görə, dolu düşməsi nəticəsində rayonun Hacıalılar, Qızılkənd, Xəlifəli və Aranlı kəndlərindəki taxıl zəmilərinə xeyli ziyan vurub.

Hazırda rayon fövqəladə hallar komissiyası zərərərçəkmiş ərazilərdə baxış keçirir, təbii fəlakət nəticəsində təsərrüfatlara dəymiş ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi