​İmişlidə dərmandan zəhərlənmə nəticəsində 50 baş qoyun tələf olub - FOTO

​İmişlidə dərmandan zəhərlənmə nəticəsində 50 baş qoyun tələf olub - FOTO Təsərrüfat sahibi bunda aptek satıcısını günahkar bilir
Hadisə
5 Yanvar , 2016 03:10
​İmişlidə dərmandan zəhərlənmə nəticəsində 50 baş qoyun tələf olub - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ İmişlidə qoyunlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Şirin Qum adlanan ərazisində qeydə alınıb.

Həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayon sakini İsaq Rüstəmov Bakıda olarkən ona iki baş qoyunun öldüyü xəbər verilib. İ.Rüstəmov da paytaxt apteklərindən birindən xəstəliyin əlamətlərini deyərək "Qrometsin" preparatı alıb. O, dərmanları qoyunlara verdikdən sonra xırdabuynuzlularda kütləvi zəhərlənmə halı müşahidə olunub. Bir həftə ərzində 15-i boğaz olmaqla 50 baş xırdabuynuzlu heyvan tələf olub və təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

Kamallı baytarlıq məntəqəsinin müdiri Elsevər Ağayevin verdiyi məlumata görə, parazit qurdlara qarşı qutunun üstündə "Qrometsin" sözü yazılsa da, tərkibi başqa dərman olub. Məhz buna görə də qoyunlar kütləvi zəhərlənib.

Hazırda təsərrüfat sahibi heyvanatın tələf olmasında aptekdəki satıcı qadını təqsirli bilir.

Son xəbərlər

Orphus sistemi