​İmişlidə təqibdən qaçan oğrular polis maşınına çırpılaraq yaxalanıblar

​İmişlidə təqibdən qaçan oğrular polis maşınına çırpılaraq yaxalanıblar 4 nəfərdən ibarət dəstənin bir çox cinayətlərdə əli olduğu üzə çıxıb
Hadisə
29 Fevral , 2016 01:26
​İmişlidə təqibdən qaçan oğrular polis maşınına çırpılaraq yaxalanıblar

Bakı. 29 fevral. REPORT.AZ/ İmişli rayonunda oğurluqla məşğul olan bir qrup şəxs yaxalanıb.

"Report" xəbər verir ki, İmişli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğruların izi aşkarlanıb.

Əməliyyat zamanı cinayətkar dəstənin üzvləri - İmişli rayonunun Boşçalılar kənd sakinləri Qismət İbad oğlu Cəbrayılov, Orxan Yavər oğlu Əhədli və Rəşad Asif oğlu Əhmədov yaxalanıb.

Onlar Orxan Əhədlinin idarə etdiyi "Daewoo Gentra" avtomobili ilə ərazidən qaçmağa cəhd etsələr də, bu zaman onların maşını polis əməkdaşlarının avtomobilinə çırpılıb və hər üçü zərərsizləşdirilərək şöbəyə gətirilib.

Aparılan istintaq zamanı dəstə üzvlərinin İmişlidə bir çox avtomobillərdən akkumulyator oğurladıqları müəyyən edilib. Bundan başqa onlar qəbiristanlıqdakı məzarların kənarlarındakı alümin barmaqlıqları da oğurlayıblar. Dəstənin təkcə İmişlidə deyil, eləcə də, İmişli, Salyan və digər rayonlarda 10-dan çox avtomobil sahibinə ziyan vurduqları ortaya çıxıb.

Oğrular əldə etdikləri əşyaları Qismət Cəbrayılovun yaşadığı həyətdəki tövlədə gizlədərək, bir müddət sonra ucuz qiymətə satışa çıxarırlarmış.

Hazırda faktla bağlı İmişli rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi