İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb

İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb Astara sakini Dəmir Fərzəliyev minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib
Hadisə
3 Sentyabr , 2016 08:10
İmişlidə avtomobil elektrik dirəyinə çırpılıb, sürücü xəsarət alıb

İmişli. 3 sentyabr. REPORT.AZ/ İmişlidə 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Astara sakini, 30 yaşlı Dəmir Natiq oğlu Fərzəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardımdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi