​İmişlidə avtomobil aşıb, sürücü xəsarət alıb

​İmişlidə avtomobil aşıb, sürücü xəsarət alıb Qəni Səmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib
Hadisə
5 İyun , 2016 09:48
​İmişlidə avtomobil aşıb, sürücü xəsarət alıb

Bakı. 5 iyun. REPORT.AZ/ İmişlidə yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə gecə saat 01:45 radələrində rayonun Araz körpüsü adlanan ərazidə qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 53 yaşlı Qəni Hənnan oğlu Səmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri olan sürücü İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi