İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb Sürücü və sərnişin Kürdəmir və İmişli rayon mərkəzi xəstəxanalarına çatdırılıblar
Hadisə
14 Sentyabr , 2015 08:09
İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gecə İmişli rayonunun Telişli kəndi ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hələlik adı məlum olmayan Kürdəmir rayon sakini "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Maşın yolun kənarına aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişin - İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Elçin Rasəddin oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü Kürdəmir, sərnişin isə İmişli rayon mərkəzi xəstəxanalarına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi