​İmişlidə ağır yol qəzası baş verib: ölən və yaralanan var

​İmişlidə ağır yol qəzası baş verib: ölən və yaralanan var Hadisə bu gün axşam saatlarında qeydə alınıb
Hadisə
28 Oktyabr , 2015 20:17
​İmişlidə ağır yol qəzası baş verib: ölən və yaralanan var

Bakı. 28 oktyabr. REPORT.AZ/ İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəhramtəpə qəsəbəsində qeydə alınıb. 

Belə ki, "Prado" markalı avtomobil hərəkətdə olarkən motosikllə toqquşub. Nəticədə motosiklin sürücüsü dünyasını dəyişib, sərnişini, rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi