İmişlidə 11 ay əvvəl törədilmiş qətlin üstü açılıb

İmişlidə 11 ay əvvəl törədilmiş qətlin üstü açılıb Cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
22 Dekabr , 2014 16:41
İmişlidə 11 ay əvvəl törədilmiş qətlin üstü açılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ İmişli rayonunda qətl törətmiş şəxs həbs edilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, 12 yanvar 2014-cü il tarixdə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün, 1968-ci il təvəllüdlü Səfərova Reyhan Cümşüd qızının yaşadığı evin yaxınlığında çoxsaylı bıçaq xəsarətləri ilə meyitinin aşkar edilməsi faktına görə İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə təxirəsalınmaz istintaq hərəkətləri aparılıb, o cümlədən çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.

Rayon hüquq-mühafizə orqanlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1985-ci il təvəllüdlü, İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Kazımov Zülfü Vaqif oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib.

İstintaq zamanı Z.Kazımov istintaqa məlum olan şəxslə qabaqcadan əlbir olub R.Səfərovanı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri ilə öldürməsini etiraf edib və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayəti törətmiş digər şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi