​İmişli və Abşeron rayonlarında yanğın hadisələri baş verib

​İmişli və Abşeron rayonlarında yanğın hadisələri baş verib Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunublar
Hadisə
9 Yanvar , 2015 07:16
​İmişli və Abşeron rayonlarında yanğın hadisələri baş verib
Bakı. 9 yanvar. REPORT.AZ/ İmişlinin Cavadxanlı kəndində, rayon mərkəzindən 12 km aralıda vətəndaşa məxsus birmərtəbəli 1 otaqlı ev və evə bitişik köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Köməkçi tikiliyə bitişik olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi