İmişlidə “Jiquli” “KaMAZ”a çırpılıb

İmişlidə “Jiquli” “KaMAZ”a çırpılıb Nəticədə “Vaz-21015”-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Hadisə
7 Avqust , 2016 12:28
İmişlidə “Jiquli” “KaMAZ”a çırpılıb

İmişli. 7 avqust. REPORT. AZ/ İmişli şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, şəhərin Lətif Vəliyev küçəsində yaşayan 37 yaşlı Xalid Badil oğlu Əsgərov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olarkən qarşıdakı “KaMAZ” markalı yük maşınının arxasına çırpılıb. Nəticədə “Vaz-21015”-in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi