​Xəzər dənizində zəlzələ olub

​Xəzər dənizində zəlzələ olub İlkin məlumata görə insan tələfatı və dağıntı qeydə alınmayıb
Hadisə
12 Mart , 2015 08:18
​Xəzər dənizində zəlzələ olub

Bakı. 12 mart. REPORT.AZ/ 12 mart 2015-ci il tarixində Bakı vaxtı ilə saat 04:42-də Astaradan 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

"Report" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4.7 maqnituda, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

Son xəbərlər

Orphus sistemi