İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub

İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub Meyit xalq artistinin ailəsinə təhvil verilib
Hadisə
25 Fevral , 2016 16:47
İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub

Bakı. 25 fevral. REPORT.AZ/ Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

Meyitdən götürülən qan nümunələri ilə bağlı aparılan yoxlamaların nəticələri isə 15 gün sonra məlum olacaq.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

Xatırladaq ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi