İlan və əqrəb sancmasından qorunmaq üçün əhaliyə müraciət edilib

İlan və əqrəb sancmasından qorunmaq üçün əhaliyə müraciət edilib "Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır"
Hadisə
6 Avqust , 2015 14:56
İlan və əqrəb sancmasından qorunmaq üçün əhaliyə müraciət edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi ilan və əqrəb sancmasından qorunmaqla bağlı əhaliyə müraciət edib. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Naziriliyin müraciətində qeyd olunur ki, yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır: "Bu hallardan özünüzü qorumaq üçün bir sıra qaydaları bilməyiniz vacibdir. Özünüzü ilan sancmasından necə qorumaq üçün meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmaq olmaz, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirmək, meşədə gecələmək planı varsa, əvvəlcədən toplanılan çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

İlanla rastlaşdıqda dayanmaq, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşmaq, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməmək lazımdır. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər. Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

Özünüzü əqrəb sancmasından necə qorumaq üçün əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin. Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.

İlan və əqrəb sancması zamanı zərərçəkmişi sakitləşdirib rahat vəziyyət vermək, sancılmış nahiyəni hərəkət etdirmək, yaranı su ilə yumaq, soyuq kompress qoymaq, yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərmək, yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoymaq, zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət etmək, tibbi yardım çağırmaq lazımdır. Jqut qoymaq və yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz! Təhlükə zamanı 112-yə zəng edin!"

Son xəbərlər

Orphus sistemi