İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub
Hadisə
20 Aprel , 2016 11:02
İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Quliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən il Quba rayon ərazisində baş verib. Rayon sakini V.Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər. Polis əməkdaşları tərəfindən saxlanılan V.Quliyevin barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməmişdi.

Son xəbərlər

Orphus sistemi