​İki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

​İki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
27 Oktyabr , 2015 16:05
​İki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Bakı-Quba magistral yolunun Siyəzən rayonu ərazisində baş verib. Siyəzən rayon sakini Vüqar Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil traktorla toqquşub. Hadisə nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib.

V.Hüseynov Cinayət Məcəlləsinin (CM) 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi