İdarə rəisi: "Bir il ərzində Azərbaycanda 200-ə yaxın avtomobil oğurlanıb"

İdarə rəisi: "Bir il ərzində Azərbaycanda 200-ə yaxın avtomobil oğurlanıb" General-mayor Ramiz Zeynalov: "2015-ci ildə 4 241 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb"
Hadisə
16 Yanvar , 2016 17:02
İdarə rəisi: Bir il ərzində Azərbaycanda 200-ə yaxın avtomobil oğurlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ "Dövlət yol polisinin əməkdaşları keçən il ərzində 2,5 milyondan çox yol hərəkəti qayda pozuntusu aşkarlayıb, 4 241 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb". 

"Report" xəbər verir ki, bunu 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O bildirib ki, avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı axtarışda olan 40 şəxs və 47 avtomobil saxlanılıb, aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 736 fakt və 71 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına verilib: "İl ərzində Baş İdarəyə 196 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 130-u tapılıb".

Son xəbərlər

Orphus sistemi