​İctimai birliyin “Kapital Bank ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb

​İctimai birliyin “Kapital Bank ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
16 Dekabr , 2015 10:10
​İctimai birliyin “Kapital Bank ASC-yə qarşı apellyasiya şikayətinə baxılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Valideyn himayəsindən məhrum olmuş uşaqlara dayaq” İctimai Birliyinin (İB) “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il İB bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ictimai birlik bankın hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəliklərin icrası və dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İB apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Son xəbərlər

Orphus sistemi