İcra başçısının müavini: "Lənkəranda sürüşməyə meylli olan ərazilər var" - FOTO

İcra başçısının müavini: "Lənkəranda sürüşməyə meylli olan ərazilər var" - FOTO Prezident Administrasiyası, FHN və Nazirlər Kabinetinə müraciətlər olunub
Hadisə
27 Oktyabr , 2016 14:33
İcra başçısının müavini: Lənkəranda sürüşməyə meylli olan ərazilər var - FOTO

Lənkəran. 27 oktyabr. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti intensiv yağıntılar səbəbindən rayonun dağ kəndlərinə gedən yollarda çökmə və sürüşmələrin baş verməsinə münasibət bildirib. 

Rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev "Report"un Cənub bürosuna deyib ki, Daşdatük kəndi istiqamətində baş verən sürüşmə ilə bağlı məlumatı var: "Burada yol 5 yox, 3 yerdə sürüşməyə məruz qalıb. Nəqliyyatın hərəkəti məhdudlaşsa da, tam olaraq kəsilməyib. Havaların yağmurlu keçməsi səbəbindən təmir işləri yubanıb. Bu gün artıq hava açılıb. Əgər belə davam edərsə, yol istismar idarəsinin də köməyi ilə problem aradan qaldırılacaq". 

Onun sözlərinə görə, Lənkəran rayonu ərazisində sürüşməyə meylli ərazilər var: "Bu ərazilərdə yollar, eləcə də yaşayış massivləri var. Dağlıq ərazilərimiz olan Gəgiran, Bəliton, Günəhir, Moloja, Tüədo və Təngivan kəndlərinin ərazilərində sürüşmə aktivliyi müşahidə olunur. Bu səbəbdən Prezident Administrasiyası, Fövqəladə Hallar Nazirliyi (FHN) və Nazirlər Kabinetinə müraciətlər olunub. Mütəxəssislər gəlib vəziyyəti yerində araşdıracaqlar". 

Son xəbərlər

Orphus sistemi