İçərisində qiymətli kağızlar olan inzibati bina yanıb

İçərisində qiymətli kağızlar olan inzibati bina yanıb Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
26 May , 2016 09:13
İçərisində qiymətli kağızlar olan inzibati bina yanıb

Bakı. 26 may. REPORT.AZ/ Beyləqan rayonunda yanğın olub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Milabad kəndində ümumi sahəsi 25 kv.m olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Seyf və qiymətli kağızlar yanğından mühafizə olunub. Yanğın saat 05:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi