​İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib

​İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib
Hadisə
6 İyul , 2016 12:51
​İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib

Bakı. 6 iyul. REPORT.AZ "Bakı Mexanikləşdirmə-1" ASC "Avesta Konsern" MMC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, ASC xidmətin və icarə haqqının ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan "Avesta Konsern" MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, “Avesta Konsern” MMC-nin sahibi hacı İbrahim Nehrəmlidir. Tərkibinə bir neçə şirkət daxil olan “Avesta Konsern” çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olur. 

Son xəbərlər

Orphus sistemi