I Avropa Oyunlarının Əməliyyat Komitəsinin işçilərinə qarşı quldurluq edən şəxsə hökm oxunub

I Avropa Oyunlarının Əməliyyat Komitəsinin işçilərinə qarşı quldurluq edən şəxsə hökm oxunub Namaz Bəkirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 Fevral , 2016 11:40
I Avropa Oyunlarının Əməliyyat Komitəsinin işçilərinə qarşı quldurluq edən şəxsə hökm oxunub

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Namaz Bəkirovun cinayət işi üzə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Bəkirov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci il iyun ayında baş verib. Bakıda keçirilən I Avropa Oyunları zamanı N.Bəkirov xarici vətəndaşlara qarşı quldurluq edib. Belə ki, o, Əməliyyat Komitəsinin işçiləri - Avstriya vətəndaşından 650 manat və Böyük Britaniya vətəndaşından isə 150 manat pulu quldurluq yolu ilə ələ keçirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində N.Bəkirov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi