​Şamaxıda yük maşını minik avtomobilinin üstünə aşıb: 6 nəfər ölüb

​Şamaxıda yük maşını minik avtomobilinin üstünə aşıb: 6 nəfər ölüb Hadisə Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində baş verib
Hadisə
4 Yanvar , 2015 21:34
​Şamaxıda yük maşını minik avtomobilinin üstünə aşıb: 6 nəfər ölüb
Bakı. 4 yanvar. REPORT.AZ/ Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “Hova” markalı yük avtomobili 1990-cı il təvvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşıb.

Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Son xəbərlər

Orphus sistemi