Hökumət rəsmiləri "Günəşli" yatağına gedib

Hökumət rəsmiləri "Günəşli" yatağına gedib Rövnəq Abdullayev, Kəmaləddin Heydərov və Elçin Quliyev hadisə zonasında yaradılan qərargahda birgə müşavirə keçirib
Hadisə
7 Dekabr , 2015 16:18
Hökumət rəsmiləri Günəşli yatağına gedib

Bakı. 7 dekabr. REPORT.AZ/ SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza ilə əlaqədar bu gün hadisə yerində olublar. 

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən xəbərə görə, əraziyə baxış keçirən hökumət rəsmiləri baş verən yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olublar.

Sonra SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov,  Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılan qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi