​Həyat yoldaşını öldürən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib

​Həyat yoldaşını öldürən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib Hakim Şəkər Məmmədovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub
Hadisə
19 Aprel , 2016 16:34
​Həyat yoldaşını öldürən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Xəqani İsa oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2015-ci il noyabr ayının 5-də baş verib. Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü X.Hüseynov aralarında yaranan mübahisə zəminində 1988-ci il təvəllüdlü həyat yoldaşı R.Hüseynovaya bir neçə bıçaq xəsarətləri yetirib. Yaralı aldığı xəsarətlərin ağırlığından evdə dünyasını dəyişib. Qətli törədən X.Hüseynov tutularaq istintaqa cəlb edilib.

O, ilkin dindirilmə zamanı həyat yoldaşının ona xəyanət etdiyini və bu səbəbdən də qətli törətdiyini bildirib. Cütlük hadisədən 3 il əvvəl ailə həyatı qurub, övladları yoxdur.

X.Hüseynov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi